2019-01-26 12:16

Çörək daşıyan maşın “Mal bazarı”nda qəzaya düşdü - VİDEO

Paytaxtın Binəqədi rayonunda "Mal bazarı” adlanan ərazidə yol qəzası baş verib.

LiderXeber.com xəbər verir ki, hadisə şahidinin Oxu.Az-a verdiyi məlumata görə, çörək daşıyan "Ford” markalı yük maşını "Kia” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində çörək daşıyan maşın aşıb. Üç nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, görüntülər Aydın Zamanov tərəfindən Baku TV-nin "Mobil reportyor” bölməsinə göndərilib.


SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı