2019-01-26 10:15

“Arsenal” kubokla vidalaşdı

İngiltərə Kubokunda 1/16 final mərhələsinə start verilib.

LiderXeber.com xəbər verir ki, bu mərhələnin mərkəzi görüşü Londonun "Emireyts” stadionunda "Arsenal”la "Mançester Yunayted” arasında baş tutub.

Premyer Liqada eyni xala malik komandaların duelindən "qırmızı şeytanlar” qalib gəlib – 3:1.

Qolları qonaqlardan "Arsenal”ın sabiq çilili futbolçusu Aleksis Sançes, Cesi Linqard, fransalı Antoni Marsyal vurub. London klubunun isə yalnız qabonlu hücumçusu Pyer-Emerik Obameyanqın təsəlli qoluna gücü çatıb.

Bununla da Ula Qunar Sulşerin gəlişindən sonra Mançester klubu ardıcıl səkkizinci qələbəsini qazanıb. "Arsenal” isə Liqa Kubokunun ardından, bu turnirdə də mübarizəni dayandırıb.

Qeyd edək ki, bu mərhələnin açılış matçında aşağı dəstə komandaları qarşılaşıb. "Bristol Siti” "Bolton Uonderers”i 2:1 hesabı ilə məğlub edib.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı