2019-01-26 09:56

“Facebook”, “Instagram” və “Whatsapp” birləşir

"Facebook” şirkətinin rəhbəri Mark Zukerberq "Facebook Messenger” , "WhatsApp” və "Istagram Messenger” proqramları arasında qarşılıqlı əlaqə yaratmaq niyyətindədir.

LiderXeber.com xəbər verir ki, bu haqda "BBC Russian” məlumat yayıb.

"Facebook”, "Instagram” və "WhatsApp”  müstəqil proqram olaraq qalacaq, lakin inteqrasiya planı uğurlu şəkildə həyata keçsə hər üç tətbiqin istifadəçiləri bir-birilə ünsiyyət qura biləcək.

Məsələn, "Facebook Messenger”dən "WhatsApp”a ismarıc göndərmək mümkün olacaq (göndərən istifadəçi "WhatsApp” istifadəçisi olmasa belə).
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı