2019-01-25 13:10

Gəncədə “Ucuzluq” yandı

Gəncə şəhərində iki il əvvəl istifadəyə verilən üç mərtəbəli mağaza yanıb.

LiderXeber.com-un məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsi adlanan yerdə, avtomobil yolunun yaxınlığında tikilən 1500 kv metrlik "Ucuzluq” mağazasının 500 kv.metri əhatə edən hissəsində baş verib.

Bildirilir ki, birinci mərtəbədən başlayan yanğın daha sonra ətrafa yayılıb. Obyektlərə ciddi ziyan dəyib. Hadisə zamanı icarədar Əvəz Nuriyev yanğını söndürən zaman sağ əlini yandırıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi tərəfindən iki yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb. 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı