2019-01-25 11:27

Xərçəngin qarşısını almağın yeni yolu tapıldı

Autofaqiya bədxassəli şişlərin inkişafının qarşısını almağa kömək edir. ABŞ və Almaniyadan olan tədqiqat qrupu belə bir nəticəyə gəlib.

LiderXeber.com xəbər verir ki, bu barədə elmi məqalə "MedicalXpress” nəşrində dərc olunub.

Autofaqiya hüceyrənin lazımsız və ya disfunksional komponentləri özündən xaric etməsi mexanizmidir. Yunan dilindən hərfi tərcümədə "özünüyemə” anlamına gəlir.

Bu yaxınlarda Kaliforniyanın Con Salka adına Bioloji Tədqiqatlar İnstitutu və Almaniyanın Heydelberq Universitetindən olan ekspertlər autofaqiya mexanizminin bədxassəli şişə çevrilməzdən əvvəl qeyri-sağlam hüceyrələri məhv etməyə qadir olduğunu yazıb.

Bu tapıntı alimlər üçün bir qədər gözlənilməz olub. Fərziyyənin həqiqiliyinə əmin olmaq üçün alimlər test çərçivəsində xərçəngə meyilli sınaq hüceyrələrindən autofaqiya mexanizmini "söndürüb”. Bu zaman onlar parçalanmağa davam edib və ölümcül xəstəlik meydana gətiriblər.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı