2019-01-25 10:55

Ukraynada ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat - FOTO

Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenkohəyatlarını təhlükəyə ataraq, yanan avtomobildən ailəni xilas edən azərbaycanlı qardaşlar Ümid və Sabir Şirinovu "Müqəddəs Nikolay Xaçı” ordeni ilə təltif edib. 

LiderXeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Nikolayev vilayət şurasının mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər. 

"Mən səmimi qəlbdən sizə təşəkkür etmək istəyirəm. Nikolayev sakinləri sizin necə qəhrəmancasına addım atdığınızı bilirlər. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız. Regionda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm. Sizə "Müqəddəs Nikolay Xaçı” ordeni təqdim edirəm. Bu mükafatı biz Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, eləcə də, kimlərinsə həyatlarını qurtaran şəxslərə veririk”, - şura sədri bildirib. 

Nikolayev bölgəsindəki Ukrayna Fövqəladə Hallar Baş İdarəsindən bildirilib ki, Şirinov qardaşlarının "İlin qəhrəman xilasedicisi” aksiyasında iştirak üçün namizədliklərini təklif edəcəklər.


SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı