2019-01-25 10:10

“Çelsi” finala yüksəldi - Video

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

LiderXeber.com xəbər verir ki, "Çelsi” öz meydanında "Tottenhem”lə cavab matçına çıxıb və 2:1 hesabı ilə qalib gəlib.

İlk oyunda "Tottenhem” 1:0 qalib gəldiyi və bu turnirdə ev-səfər prinsipi olmadığı üçün ümumi hesab 2:2 bərabərə bitib. Penaltilər seriyasında 4:2 hesabı ilə üstün olan "Çelsi” adını finala yazdırıb.

Qeyd edək ki, final oyunu 24 fevralda "Mançester Siti” və "Çelsi” arasında baş tutacaq.

"Çelsi” - "Tottenhem” - 2:1 (penaltilər seriyası - 4:2)

Qollar: Kante, 27 (1:0), Hazard, 38 (2:0), Llorente, 50 (2:1)


SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı