2019-01-25 09:29

Gəncədə binanın damında qumbara tapıldı - FOTO

Gəncədə qumbara tapılıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) LiderXeber.com-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində bir ədəd əl qumbarasının tapılması barədə daxil olan məlumat əsasında qurumun mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə 119B nömrəli binanın dam örtüyünə baxış keçirilib. 

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı