2019-01-25 09:52

Maradonadan Maduroya dəstək

Argentina yığmasının keçmiş oyunçusu Diyeqo Maradona Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiyini bəyan edib.

LiderXeber.com xəbər verir ki, o, bu barədə özünün Instagram səhifəsində yazıb.

"Bu gün heç vaxt olmayan kimi sizinləyəm. Mən Maduronun tərəfindəyəm. Venesuelanı xalq idarə edir. Sevirəm sizi”, - deyə Maradona vurğulayıb.

Xatırladaq ki, Venesuela parlamentinin spikeri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı