2019-01-24 17:35

Ali təhsillə bağlı qanun olacaq

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı yanvarın 24-də ilk iclası keçirilib.

LiderXeber.com-un xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli bildirib ki, son payız sessiyasında komitənin yeddi iclası keçirilib və bu iclaslarda 12 məsələ müzakirə olunub.

Həmçinin, payız sessiyasında komitəyə 149 müraciət, şikayət və ərizə daxil olub, onlardan 137-si aidiyyəti orqanlara göndərilib.

Onun sözlərinə görə, bununla yanaşı, 2019-cu ilin yaz sessiyasında yeni bir qanun layihəsinin – "Ali təıhsil haqqında” sənədin hazırlanması və bunun üçün İşçi Qrupunun yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, yaz sessiyasında ötən il birinci oxunuşdan keçmiş "Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi və qəbulu nəzərdə tutulur.

"Yaxşı olardı ki, yaz sessiyası dövründə ali təhsillə bağlı qanun layihəsinin ilkin sxemini, müddəalarını formalaşdıraq. Eyni zamanda, yay ərzində onun üzərində işlərimizi davam etdirək, kimlərin təklifləri olsa, hamısını yaradacağımız İşçi Qrupuna versin. Çünki biz bunu sentyabr ayına, payız sessiyasına planlaşdırırq.

Yəni onu sentyabr ayında ilkin variantda komitə səviyyəsində müzakirə edib, payız sessiyasına tövsiyə etməyi düşünürük. Ona görə də aprel ayından hazırlıqlara başlamalıyıq”, - deyə İ.Həbibbəyli əlavə edib.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı