2019-01-24 11:10

Bu yol yenidən qurulur - FOTO

Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

LiderXeber.com xəbər verir ki, sözügedən avtomobil yolu iki  hissə üzrə yenidən qurulur. 

Bu, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Layihəyə uyğun olaraq sözügedən yolun 4.5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. 





SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı