2019-01-24 10:36

İndoneziyada daşqınlar nəticəsində 26 nəfər ölüb

İndoneziyanın Sulavesi adasında güclü daşqınlar nəticəsində azı 26 nəfər ölüb, daha 24 nəfər itkin düşüb.

LiderXeber.com TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Cənubi Sulavesi əyalətinin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinin rəhbəri deyib.

Məmurun sözlərinə görə, təbii fəlakət səbəbindən 3,9 mindən çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Bir neçə gün davam edən yağışlar suyun əyalətin inzibati mərkəzi olan Makasar şəhərindən təqribən 30 km məsafədə yerləşən Bili-Bili bəndini aşmasına səbəb olub.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı