2019-01-23 14:12

Sülhməramlılarımız Əfqanıstana yola düşdü - FOTO

NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə LiderXeber.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, iki hərbi həkimi və altı qərargah zabiti olmaqla, Əfqanıstandakı missiyada iştirak edir.


SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı