2019-01-22 09:49

“Fənərbaxça”nın qələbə həsrəti davam edir - Video

Türkiyə Superliqasında 18-ci tura yekun vurulub.

LiderXeber.com xəbər verir ki, bu mövsüm uğursuz nəticələrlə son pillələrdə qərarlaşan "Fənərbaxça” növbəti xal itkisini yaşayıb.

"Sarı-lacivərdlilər” "Bursaspor” səfərindən 1:1 hesablı bərabərliklə ayrılıb.

Bununla da "Fənərbaxçanın qələbəsiz seriyası 6 oyuna yüksəlib. Sonuncu dəfə ötən ilin 11 noyabrında qələbə qazanan İstanbul təmsilçisi hazırda 17 xalla 15-ci pillədə yer alır.

"Bursaspor” - "Fənərbaxça” - 1:1

Qollar: Soldado, 20  (0:1), Kara, 90 (1:1)

SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı