2018-06-04 12:44

“Baku City Kids Group” balaca fidanları təltif edib - VİDEO - FOTO

Bakı, 4 iyun, LiderXeber. 1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Baku City Kids Group” tərəfindən fotomodel uşaqların tədbiri təşkil olunub.

LiderXeber.com xəbər verir ki, tədbirin açılışında aparıcı Çinarə Mikayıllı çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onların gələcəyinin parlaq olması arzulayıb.

Daha sonra çıxış edən tədbirin təşkilatçısı, "Baku City Kids Group”un rəhbəri Çinarə Abbasova da təbriklərə qoşulub, balacalarla bir yerdə olmaqdan qürur hissi duyduğunu qeyd edərək bu cür tədbirlərin mütəmadi keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Sonra bayram tədbirinə şən kloun dəvət olunub və uşaqların əyləncəsi davam edib.

Tədbirdə modelyer Xatirə Əhmədzadə öz əl işləri ilə uşaqları sevindirib.

Daha sonra balaca modellər bir neçə foto çəkilişlərdə, həmçinin reklam çəklişlərində uğurlu iştiraklarına görə, "Baku City Kids Group” tərəfindən diplomlar və hədiyyələrlə təltif olunub.

Sonda üzərində balacaların fotoşəkilləri əks olunmuş bayram tortu kəsilib və nuş edilib.

Onu da bildirək ki, tədbirin işıqlandırılmasında əsas mediya dəstəyi www.liderxeber.com informasiya agentliyi, eləcə də "SR Group” Productiondur. Tədbirin foto çəklişləri isə fotoqraf Günel Məmmədzadəyə məxsusdur.

Biz də liderxeber.com olaraq fidan balaları 1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik.

Tanrı sizi qorusun!

SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı