2018-06-01 16:54

FHN-dən DSMF binasındakı yanğınla bağlı - Açıqlama

Bakı, 1 iyun, LiderXeber.  Fövqəladə Hallar Nazirliyi Dövlət Sosila Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən LiderXeber.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən 14:07-də söndürülüb.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı